Xoş gəlibsiniz

Mühəndisi-geoloji tədqiqat işlərinin əhəmiyyəti

Hər növ əsaslı qurğuların layihələndirilməsi üçün mühəndisi-geoloji tədqiqat işləri tikintinin mühüm və ayrılmaz hissəsidir. Tikinti və layihə işlərinə başlamazdan əvvəl bir çox məlumatların əldə olunması vacibdir:

  • Tikili harada və necə yerləşəcək?
  • Bünövrənin əsasını nə təşkil edəcək?
  • Qruntlar hansı yükdaşıma qabiliyyətinə malikdir?
  • Qrunt sularına hansı dərinlikdə rast gəlinir?
  • Nəzərdə tutulan tikinti sahəsində hansı təhlükəli geoloji proseslər baş verə bilər?
  • Ərazidə ekoloji vəziyyət (şərait) nə qədər əlverişlidir?

Tikintinin və qurğuların istismarının bütün mərhələlərində iqtisadi cəhətdən səmərəli, uzunmüddətli və dayanıqlığın təmin olunması üçün, bu suallara cavab tapmaq Sizin, lahiyəçilərin, konstruktorların və inşaatçıların vəzifə borcudur.

Mühəndisi-geoloji tədqiqat işləri zamanı qruntun növünün, vəziyyətinin, fiziki mexaniki xüsusiyyətlərinin təyin olunması tikilinin konstruksiyasının və bünövrəsinin düzgün hesablanmasına imkan yaradır. Bu da tikinti işlərinin yerinə yetrilməsindən sonra onun çatlara məruz qalmasının və qeyri bərabər çökməsinin qarşısını alır.

Mühəndisi-geoloji tədqiqatlar nəticəsində, layihələndirilən sahədə qrunt sularının rastgəlmə və qərarlaşması, eyni zamanda götürülən su nümunələrinin labarotoriya analizindən sonra dəmir-beton və metal konstruksiyalara qarşı aqressiv və qeyri-aqressiv olması təyin olunur.

Mühəndisi-geoloji tədqiqatlar ərazinin ekoloji vəziyyətini, suda və torpaq örtüyündə ağır metalların miqdarını göstərməklə, insanların optimal və təhlükəsiz yaşamasını təmin etmək üçün müəyyən olunmuş lazimi tədbirlərin həyata keçirilməsini göstərməyə imkan yaradır.

Yalnız mühəndisi tədqiqatlar, qruntların deformasiya və bərklik xüsusiyyətləri, ərazinin topoqrafik cəhətdən əsaslandırılması, sahənin geoloji, hidrogeoloji və ekoloji vəziyyətinin müəyyənləşdirilməsinə imkan verir.

İki sözlə, tikinti işlərində mühəndisi-geoloji tədqiqatların aparılmasında əsas məqsəd inşaat sahəsinin öyrənilməsi və layihələndirilməsi üçün ilkin məlumatların əldə edilməsinə yönəldilmişdir.

Paradoksal səslənsə də, mühəndisi axtarışların aparılması, inşaat işlərinin maya dəyərinin aşağı salınması ilə yanaşı, eyni zamanda gözlənilməsi hallardan və görsənməyən izhafi xərclərdən də, yayınmağa imkan verir.